...

Demokratik İslahatlar Partiyası Bahəddin Həziyevin döyülməsini azad sözə zərbə kimi qiymətləndirir

Siyasət Materials 19 May 2006 19:09 (UTC +04:00)

Demokratik İslahatlar Partiyası (DİP) "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevə qarşı tətbiq edilən zorakılıq aktını pisləyən bəyanat qəbul edib. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Bəyanatda "Bizim Yol" qəzetinin baş redaktoru, tanınmış jurnalist Bahəddin Həziyevin zorakılığa məruz qalmasının dərin narahatlıq doğurduğu vurğulanır: " Demokratik İslahatlar Partiyası bu zorakılığı qətiyyətlə pisləyir və hüquq-mühafizə orqanlarını jurnalistə zor tətbiq etmiş şəxslərə qarşı müvafiq tədbirlər görməyə çağırır. Biz istənilən jurnalistə qarşı törədilən bu cür vandalizm aktını qınayır, bunu Azərbaycanın beynəlxalq imicinə, ölkədə mətbuat və söz azadlığına zərbə kimi qiymətləndiririk",- deyə bəyanatda bildirilir.

Xəbər lenti

Xəbər lenti