Bu günə olan məlumatlara əsasən, Gəncə şəhərində Sosial Müdafiəsi Fondunun Kəpəz rayon şöbəsinə sosial yardım almaq üçün 2000 mindən çox adam müraciət edib. Onlardan yalnız 430 ailənin ərizəsi qəbul olunub. Həmin ailələr artıq iyunun 1-dən 6 ay müddətində sosial yardım ala biləcəklər.
Nizami rayonunda isə 3108 müraciət etsə də, onlardan yalnız 331-nin sənədləri qəbul olunub. Fondun direktoru Rauf Şəfiyev bunu onların sənədlərinin qaydasında olmaması ilə izah edib.