...

İyunun 1-də Ali Məhkəmə Mirmahmud Mirəlioğlunun iddiasına baxacaq

Siyasət Materials 31 May 2006 16:41 (UTC +04:00)

Ali Məhkəmə iyunun 1-də saat 16.00-da Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) sədri Mirmahmud Mirəlioğlunun iddiasına baxacaq. Bu barədə Trend ə KAXCP-nin təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu bildirib.

Qeyd edək ki, mayın 13-də parlamentə keçirilən təkrar seçkilərdə 42 saylı Sumqayıt seçki dairəsindən namizəd olan M.Mirəlioğlu seçkilərin nəticələrindən narazı qaldığına görə MSK-dan Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi isə təqdim olunan sənədlərdə çatışmazlığın olduğu əsas gətirərək M.Mirəlioğlunun iddiasını təmin etməyib. Buna görə də M.Mirəlioğlu Ali Məhkəməyə kasasiyfa şikayəti verib və məhkəmə onun iddiasını qəbul edib.

Xəbər lenti

Xəbər lenti