...

Ceyson Haylend: Biz azərbaycanlı uşaqların təşəkkülünə töhfə verə bildiyimizə görə şadıq

Siyasət Materials 2 İyun 2006 17:18 (UTC +04:00)

Biz, azərbaycanlı uşaqların təşəkkülünə töhfə verə bildiyimizə görə şadıq və ABŞ-ın strateji tərəfdaşına göstərilən dəstəkdən razıyıq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər müvəkkili Ceyson Haylend Suraxanı rayonu 1 saylı yataqxanada məskunlaşmış qaçqın və məcburi köçkünlərə humanitar yardımın verilməsi mərasimində qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın müxtəlif qeyri-hökumət təşkilatları Azərbaycanda 580 min qaçqın və məcburi köçkünə yardım göstərib və bu yardım gələcəkdə də davam etdiriləcək.

Qeyd edək ki, aksiya Ümumdünya Uşaq Müdafiəsi Günü münasibətilə ABŞ-ın "Counterpart International" qeyri hökumət təşkilatı ilə Suraxanı rayon icra hakimiyyətinin birgə səyləri ilə keçirilib.

Ümumilikdə Azərbaycanın 52 rayonunda yerləşən 114 yataqxana, məktəb, internat və uşaq evində humanitar yardımın paylanması nəzərdə tutulub.

Bu hümanitar yardımı partiyasının dəyəri 94 min dollar təşkil edir.

"Counterpart International" təşkilatı Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir və indiyə qədər ölkədəki qaçqın və məcburi köçkünlərə 50 mln. dollar həcmində yardım göstərib.

Xəbər lenti

Xəbər lenti