...

AMİP İran səfirliyi qarşısında növbəti piketini iyunun 9-da keçirəcək

Siyasət Materials 3 İyun 2006 11:42 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Güney Azərbaycanda yaşayan soydaşlarımıza qarşı aparılan repressiyalara etiraz olaraq İran səfirliyi qarşısında iyunun 9-u saat 16.00-da növbəti piketini keçirəcək. Bu barədə Trend ə AMİP-in təşkilat katibi Rəşad Bayramov bildirib.

R.Bayramov qeyd edib ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb: "Bizim borcumuz keçirəcəyimiz etiraz aksiyası haqqında məlumat verməkdir. Bakı meriyasının müraciətimizə verəcəyi cavabından asılı olmarayaq biz piketimizi keçirməkdə qərarlıyıq".

AMİP rəsmisi onu da bildirib ki, partiyanın Bakı, Sumqayıt və Abşeron rayon təşkilat sədrlərinin sonuncu müşavirəsi də bu məsələ ilə bağlı olub: "Bu məsələnin çözülməsi və soydaşlarımızın hüquqlarının qorunması istiqamətində hansı addımları ata biləcəyimizlə bağlı müzakirələr apardıq". R.Bayramov onu da bildirib ki, məlum məsələ ilə bağlı partiyanın Siyasi Şurasında da müzakirələr aparılacaq.

Onu da qeyd edək ki, AMİP Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz olaraq İran səfirliyi qarşısında icazəsiz olaraq iki dəfə piket keçirib.

Xəbər lenti

Xəbər lenti