"Biz Azərbaycan prezidenti İlham Əliyev və ölkənin iqtisadi inkişaf naziri Heydər Babayevlə gözəl görüşlər keçirmişik və danışıqlar aparmışıq. Bu görüşlər zamanı bir sıra layihələr müzakirə olunub. Gələcəkdə avtobus istehsalı sahəsində böyük proqramın hazırlanması nəzərdə tutulur". Bu barədə Trend ə eksklüziv olaraq İranın sənaye və mədən naziri Əli-Rza Təhmasebi (Ali-Reza Tahmasbi) bildirib.
"Bundan başqa digər sahələr, xüsusilə Azərbaycanda sement zavodunun, o cümlədən su elektrik stansiyalarının inşası ilə bağlı danışıqlar aparılıb", - deyə o qeyd edib.
"Ümidvarıq ki, gələcəkdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq günbəgün artacaq və hər iki qardaş və dost ölkə bütün sahələrdə əlaqələri inkişaf etdirəcək", - deyə nazir sonda qeyd edib.