...

Vergilər naziri: Azpetrol və Azertransın büdcədən gizlətdiyi vergilərin həcmi təxminən $10 mln. təşkil edir

Siyasət Materials 6 İyun 2006 14:56 (UTC +04:00)
Vergilər naziri: Azpetrol və Azertransın büdcədən gizlətdiyi vergilərin həcmi təxminən $10 mln. təşkil edir

Vergilər Nazirliyi Azpetrol holdinqində yoxlamanı başa çatdıraraq yoxlama aktını Azpetrol və Azertrans şirkətlərinə təqdim edib. Bu barədə Trend ə vergilər naziri Fazil Məmmədov bildirib.

"Həm Azpetrol, həm də onun törəmə bölməsi Azertransın fəaliyyətində qüsurlar var, dövlət büdcəsinə vergilərin tam ödənilmədiyi haqqında faktlar aşkarlanıb. Lakin UPEC-də vəziyyət normaldır" - deyə nazir vurğulayıb.

Bir ay ərzində şirkətlərdən cavabın alınması gözlənilir, ancaq istənilən halda biz öz mövqeyimizin dürüstlüyünə əminik.

Onun sözlərinə görə, ümumilikdə şirkətlər tərəifndən təxminən $10 mln. həcmində vəsait büdcədən gizlədilib. Pozuntular əmlakın özəlləşdirilməsi zamanı da aşkarlanıb və həmin faktlar üzrə sənədlər müvafiq orqanlara (Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi, Respublika Prokurorluğu) təqdim olunub.

"Azpetrol-un bir sıra rəhbər şəxslərinə qarşı cinayət işi qaldırılıb, ona görə həmin faktlar üzrə sənədlər prokurorluğa təqdim olunub" - F.Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti