...

Azərbaycanın fövqəladə hallar naziri QİƏT ölkələri fövqəladə hallar xidmətləri rəhbərlərinin Soçi toplantısında iştirak edir

Siyasət Materials 6 İyun 2006 15:29 (UTC +04:00)

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin fövqəladə hallar xidmətləri rəhbərlərinin iyunun 6-da Soçidə öz işinə başlayan toplantısında iştirak edir. Bu barədə Trend ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə böhranlı vəziyyətlər zamanı birgə fəaliyyət məsələləri müzakirə olunur. Həmçinin fövqəladə hallar xidmətlərinin rəhbərləri təbii və texnogen fəlakətlər zamanı qarşılıqlı yardım sahəsində əməkdaşlığa dair QİƏT ölkələri arasında imzalanmış hökumətlərarası sazişin həyata keçirilməsi ilə bağlı maliyyələşdirmə məsələləri ətrafında fikir mübadilələri aparırlar.

Görüşün yekunlarına dair birgə bəyannamə imzalaonması nəzərdə tutulub.

Qeyd edək ki, təşkilata 11 ölkə (Azərbaycan, Albaniya, Yunanıstan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə və Ukrayna) daxildir.

Toplantı öz işinə iyunun 7-də yekun vuracaq.

Xəbər lenti

Xəbər lenti