...

Azərbaycan prezidenti QİƏT-in baş katibini qəbul edib

Siyasət Materials 12 İyun 2006 17:49 (UTC +04:00)

Trend in verdiyi xəbərə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 12-də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) baş katibi Leonidas Xrizantopulosu qəbul edib.

Səfər zamanı QİƏT baş katibi Bakıda keçirdiyi səmərəli görüşlər, həmçinin Heydər Əliyev Fondunu ziyarət haqqında danışıb. Qonaq respublikanın iqtisadi inkişaf səviyyəsinə yüksək qiymət verib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müxtəlif beynəlxalq və regional təşkilatlarla, həmçinin QİƏT ilə əlaqələri daim inkişaf etdirir. Dövlət başçısı Azərbaycanın iqtisadi inkişafına yönəldilmiş fəaliyyəti xüsusi olaraq qeyd edib.

Görüşdə Azərbaycanla QİƏT arasındakı əməkdaşlığın geniş spektri üzrə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti