...

Aqo Qrupu missiyasının başçısı Roland Vegener Bakıya gəlib

Siyasət Materials 13 İyun 2006 12:48 (UTC +04:00)

İyunun 13-də Almaniyanın Avropa Şurasında səfiri Roland Vegenerin (Roland Wegener) başçılıq etdiyi Aqo Qrupu missiyası 2 günlük səfərlə Bakıya gəlib. Trend in məlumatına görə, Bakıya gələn kimi R.Vegener şərh verməkdən imtina edib və bildirib ki, "hər hansı şərh vermək hələ tezdir".

İyunun 13-də QHT nümayəndələri, siyasi partiyaların liderləri, o cümlədən ədliyyə naziri Fikrət Məmmədovla görüşlər nəzərdə tutulur. Bütövlükdə səfər proqramına prezident İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, xarici işlər naziri Elmar Məmmədyarov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, AŞPA-dakı Azərbaycan parlamenti missiyasının üzvləri ilə görüşlər daxildir.

Missiyaya İsveçrə, İsveç, Avstriya, Fransa və Rumıniyanın AŞ-dəki səfirləri, o cümlədən Aqo Qrupu Aparatının əməkdaşları da daxildir. Səfərdə məqsəd Azərbaycan və AŞ arasında əlaqələrin mövcud səviyyəsinin, ölkənin təşkilat qarşısında götürdüyü, xüsusilə seçki qanunvericiliyi, məhkəmə sistemində islahatlar və Dağlıq Qarabağ problemi üzrə öhdəliklərin yerinə yetirilməsi vəziyyətinin müzakirəsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti