Birləşmiş Ərəb Əmirliklərinin Şarca əmirliyinin əmiri sultan Bən Məhəmməd Əl Qasıminin Azərbaycana rəsmi səfəri cari ilin payızında olacaq. Bu barədə Trend ə Azərbaycan XİN-dən xəbər veriblər.
Paralel olaraq iki ölkənin iş adamlarının iştirak edəcəyi biznes-forum da payızda keçiriləcək. Bu forumda iki ölkənin investisiya imkanları və biznes-iqlimi gözdən keçirilməlidir. Şarj nümayəndə heyətinin Azərbaycan səfərinin yeni müddəti yaxın günlərdə razılaşdırılacaq.
Qeyd edək ki, Şarca əmirliyi BƏƏ-də əhəmiyyətinə görə üçüncü əmirlikdir. Ölkə istehsalının 60%-i bu əmirliyin payına düşür.