...

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri MSK rəhbəri ilə görüşüb

Siyasət Materials 27 İyun 2006 13:43 (UTC +04:00)

İyunun 27-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin (AŞ AYRHK) sədri Halvdan Skardın başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb. Trend in məlumatına görə, görüşdə əsasən bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri barədə müzakirələr aparılıb.

MSK sədri M.Pənahov bələdiyyə seçkilərinin yubanmasının səbəbləri və oktyabrın 6-da neçə bələdiyyə üzrə seçki keçiriləcəyi barədə qonaqları məlumatlandırıb. O, bildirib ki, 2004-cü ilin dekabrın 17-də keçirilmiş bələdiyyə seçkilərində 141 bələdiyyə üzrə seçkilərin nəticələri etibarsız hesab edilib, 2005-ci ildə Milli Məclisə seçkilər keçirildiyi üçün isə bələdiyyələrə təkrar seçkilərin keçirilməsi mümkün olmayıb. 2006-cı ilin əvvəlindən isə Milli Məclisə təkrar seçkilərə hazırlıq işləri aparılıb və mayın 13-də təktat parlament seçkiləri keçirilib. Komissiya sədri seçki keçiriləcək bələdiyyələrin sayı barədə də qonaqlara məlumat verib.

Halvdan Skard 6 oktyabra təyin edilmiş seçkilərdə müşahidəçilik etmək arzusunda olduqlarını bildirib və MSK sədrindən xahiş edib ki, onlara Seçki Məcəlləsində bələdiyyələrə seçkilərə hazırlıq işləri barədə də məlumat versin. Qonaq bələdiyyələrə seçkilərdə əhalinin və aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi işinin mühüm olduğunu da diqqətə çatdırıb. H.Skardın sullarına ətraflı cavab verən M.Pənahov əhalinin maarifləndirilməsi istiqamətində ciddi iş aparıldığını və bunun üçün xüsusui maarifləndimə proqramının hazırlandığını söyləyib. O, qeyd edib ki, bu proqramın həyata keçirilməsi üçün Az TI-nin və İctimai Televiziyanın, o cümlədən özəl telekanaların imkanlarından istifadə olunur. Aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi üçün seminarlar və treninqlərin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti