...

Prezident xalq yazıçıları Çingiz Abdullayev, Gülhüseyn Abdullayev, xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və Zəlimxan Yaqubla görüşüb

Siyasət Materials 28 İyun 2006 20:18 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 28-də Prezident sarayında xalq yazıçıları Çingiz Abdullayev, Gülhüseyn Abdullayev, xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və Zəlimxan Yaqubla görüşüb. Trend xəbər verir ki, prezident Azərbaycan ədəbiyyatı və poeziyasının inkişafında, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştiraklarını vurğulayaraq, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Dövlət başçısı Çingiz Abdullayev, Gülhüseyn Abdullayev, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və Zəlimxan Yaquba xalq yazıçısı və xalq şairi fəxri adlarının nişanlarını təqdim edib. Mükafatlara layiq görülənlər bundan sonra da ümumilli amallar naminə səylərini əsirgəməyəcəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti