...

Yaxın günlərdə Rusiyanın Azərbaycandakı yeni səfiri Bakıya gələcək

Siyasət Materials 3 İyul 2006 12:42 (UTC +04:00)

Yaxın həftə ərzində Rusiyanın Azərbaycandakı yeni səfiri Vasili İstratov Bakıya gələcək. Bu barədə Trend ə Rusiyanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili Pyotr Burdıkin məlumat verib.

Diplomat səfirin iyulun 10-dan sonra gələcəyini istisna etməyib. Onun sözlərinə görə, ötən həftə V.İstratov Rusiya prezidenti yanında səfirlərin müşavirəsində, daha sonra isə bununla bağlı tədbirlərdə iştirak edib.

Qeyd edək ki, Rusiya diplomatik nümayəndəliyinin rəhbəri postu Nikolay Ryabovun gedişindən sonra 2004-cü ilin sentyabrından boş qalıb.

Vasili İstratov 30 dekabr 1954-cü ildə anadan olub. İxtisasca tarixçidir. 1996-cı ildən RF XİN-də Şimali Amerika Departamentinin direktoru müavini vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti