...

ATƏT-in Minsk Qrupu həmsədrləri yenidən bəyanatla çıxış ediblər

Siyasət Materials 3 İyul 2006 20:58 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu həmsədrləri yenidən bəyanatla çıxış ediblər

ATƏT-in Minsk Qrupu həmsədrləri son iki ildə inkişaf etdirilmiş təkliflərin münaqişənin uzunmüddətli tənzimlənməsi üçün ən yaxşı potensiala malik olduğunu hesab edir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə 3 iyul bəyanatında deyilir.

Həmsədrlər əmindir ki, Azərbaycan və Ermənistan prezidentlərinin nizamlanma prosesində təşəbbüsü ələ almasının vaxtı gəlib çatıb və prezidentlər buna hazır olduğunu bəyan etsə, vəsaitəçilər tərəflərə saziş imzalamağa köməklik göstərəcək. Həmsədrlərin himayəsi altında yaxın perspektivdə tərəflər arasında əlavə görüşlər planlaşdırılmasa da, onlar siyasi iradə ifadə etdiyi təqdirdə vasitəçilər bu tədbirlərdə iştirak etməyə hazır olduqlarını bildirir.

Bəyanatda qeyd olunur ki, prezidentlər İlham Əliyev və Robert Koçaryana edilmiş təkliflər uzunmüddətli nizamlanmaya gətirib çıxara bilər. Bu təklif Dağlıq Qarabağ ətrafındakı Azərbaycan ərazilərindən, eləcə də Kəlbəcər və Laçın üçün xüsusi üsulla (Ermənistan və Dağlıq Qarabağ arasında dəhliz daxil olmaqla) erməni qüvvələrinin çıxarlımasına, bu rayonların silahsızlaşdırılmasına və Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi üçün referendum və ya ictimai səsvermənin keçirilməsinə əsaslanır. Bundan sonra beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilir və sazişin yerinə yetirilməsi üçün xüsusi komissiya yaradılır, ərazilərin minalardan təmizlənməsi, reabilitasiya və məcburi köçkünlərin əvvəllər işğal olunmuş ərazilərə və Dağlıq Qarabağın müharibəyə məruz qalmış yerlərinə köçürülməsində köməklik edəcək.

Xəbər lenti

Xəbər lenti