...

Allahşükür Paşazadə Moskvada keçirilən dini sammitin yekunlarından razıdır

Siyasət Materials 5 İyul 2006 17:58 (UTC +04:00)
Allahşükür Paşazadə Moskvada keçirilən dini sammitin yekunlarından razıdır

Dini liderlərin Ümumdünya sammitinə edilən ümidlər özünü doğrultdu. Trend in xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə iyulun 5-də Moskvada sammitin yekunlarına görə Qafqaz müsəlmanları idarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə bəyan edib.

O, Moskva Patriarxına və Rus Pravoslav Kilsəsinin Dinlərarası Şurasına əhəmiyyətli tədbirin təşkil olunmasına görə öz minnətdarlığını bildirib. "Böyük ümidlər, dinlərarası uyğunluq və qarşılıqlı anlaşma yaranıb. Açığını desəm, dünyanın bütün din və xalqlarının, o cümlədən ermənilər və azərbaycanlıların, kiçik də olsa, öz ağrısı, öz problemləri var. Lakin biz hamımız burada öz ümumi ağrımız, ümumi problemlərimizi bildirdik və onların sülh, ümumbəşəri, ümumdünya mənəvi dəyərlərinə sözsüz hörmət vasitəsilə həlli yollarının ümumi anlaşmasını ifadə etdik", -deyə o bildirib.

İyulun 3-də Moskvada keçirilən Dini liderlərin ümumdünya sammiti iyulun 5-də öz işini başa vurub. Forumun yekunlarına görə bütün dinlər adından dünya ictimaiyyətinə, eyni zamanda Rusiyanın sədrliyi altında Sankt -Peterburqda toplaşan "böyük səkkizlik" ölkələrinin başçılarına məktub qəbul olunub. Məktubda deyilir: "Beynəlxalq mübahisələrin hərtərəfli, ədalətli və sabit həllinə dinc yollarla nail olmaq lazımdır. Biz beynəlxalq münasibətlərdəki ikili standartları qəbul etmirik. Sülh cansız və sadələşdirilmiş ideoloji sxemlər altına sıxışdırılmamalı, çoxqütblü və çoxtərzli olmalı, bütün insanları və bütün xalqları təmin etməlidir. Biz terrorçuluq və ekstremizmin istənilən formasını, həmçinin onların dini bəraət qazanma səylərini pisləyirik. Biz dini hisslərin alçaldılmasını və mömin insanlar üçün müqəddəs sayılan mətnlərin, simvol, ad və yerlərin təhqir edilməsini dayandırmağı tələb edirik".

Xəbər lenti

Xəbər lenti