...

Gürcüstan XİN başçısı: "Gürcüstan ABŞ üçün Azərbaycan və Orta Asiya qazının nəqli üzrə enerji dəhlizi kimi maraqlıdır"

Siyasət Materials 6 İyul 2006 11:55 (UTC +04:00)
Gürcüstan XİN başçısı: "Gürcüstan ABŞ üçün Azərbaycan və Orta Asiya qazının nəqli üzrə enerji dəhlizi kimi maraqlıdır"

"Gürcüstan və bütövlükdə bizim region Avropa və ABŞ üçün Azərbaycan və Orta Asiya qazının nəqli üzrə təklif etdiyimiz alternativ enerji dəhlizi kimi mühümdür". Trend in Tiflisdəki xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Vaşinqtonda jurnalistlərlə söhbətində Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili bəyan edib.

O bildirib ki, bu istiqamətdə Gürcüstana maraq ölkə prezidentinin ABŞ-a indiki səfəri zamanı özünü aşkar göstərib. "Bu, xüsusilə bizim Ağ Evdə və Pentaqonda görüşlərimiz zamanı özünü büruzə verib", -deyə nazir qeyd edib.

G.Bejuaşvili onu da vurğulayıb ki, ABŞ Gürcüstanın NATO-dakı perspektivlərini də dəqiq müəyyən edib. "ABŞ prezidenti Corc Buş bəyan edib ki, o, Gürcüstanı NATO-nun genişlənməsinin yeni axınında görür", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti