...

Rusiyanın xarici işlər naziri Rusiyanın Azərbaycandakı yeni səfirinə etimadnamələr təqdim edib

Siyasət Materials 7 İyul 2006 20:07 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Rusiyanın Azərbaycandakı yeni səfirinə etimadnamələr təqdim edib

İyulun 7-də Rusiyanın Xarici İşlər Nazirliyində nazir Sergey Lavrov Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Vasili İstratovla görüş keçirib. Trend in Moskvadakı xüsusi müxbiri xəbər verir ki, XİN rəhbəri yeni səfirə etimadnamələr təqdim edib ki, o da bunları Azərbaycana gəldikdə prezident İlham Əliyevə təqdim edəcək.

İlk dəfə olaraq belə bir prosedurda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Görüş zamanı S.Lavrov bəyan edib ki, Rusiya-Azərbaycan əlaqələri yüksək səviyyədədir və yeni səfirin təyin olunması bu əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. O vurğulayıb ki, ölkələrimiz arasında mal dövriyyəsi artır və bu, çox yaxşı göstəricidir. S.Lavrov V.İstratovun əvvəlki fəaliyyətinə yüksək qiymət verib. "Ümid edirik ki, onun diplomatik təcrübəsi Rusiya və Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün istifadə olunacaq" - deyə nazir vurğulayıb.

P.Bülbüloğlu deyib ki, yeni səfirin təyinatı ikiqat enerji ilə işləməyə imkan verəcək, iki ölkənin səfirlərinin sıx, qarşılıqlı fəaliyyəti isə prezidentlər və xarici işlər nazirlərinin tapşırıqlarını daha səmərəliy yerinə yetirməyə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti