...

Azərbaycan XİN: Erməni ekspertinin bəyanatları işğal olunmuş Azərbaycan torpaqlarının məskunlaşdırılması ilə bağlı Bakının qaldırdığı məsələni təsdiqləyir

Siyasət Materials 8 İyul 2006 14:30 (UTC +04:00)
Azərbaycan XİN: Erməni ekspertinin bəyanatları işğal olunmuş Azərbaycan torpaqlarının məskunlaşdırılması ilə bağlı Bakının qaldırdığı məsələni təsdiqləyir

Rəsmi Bakı iki dəfə BMT Baş Assambleyasının sessiyasında qaldırılan işğal olunmuş torpaqlarda Ermənistan tərəfindən həyata keçirilən məskunlaşdırma proqramı haqqında məlumatın həqiqiliyinə heç vaxt şübhə etməyib. Bu barədə Trend ə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə bildirib.

O, "Kavkaz" erməni analitik mərkəzinin eksperti Manvel Sarkisyanın Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikasının Qarabağ ətrafındakı ərazilərin məskunlaşdırılması proqramını həyata keçirdiyi barədə bəyanatını şərh edib. "Proqram dövlət səviyyəsində Ermənistan və Dağlıq Qarabağ Respublikasının dövlət büdcəsindən ayrılan vəsait hesabına, eləcə də erməni diasporunun maliyyə dəstəyilə gerçəkləşdirilir" - deyə ekspert vurğulayıb və qeyd edib ki, proqram əsasən Laçın və Kəlbəcər, eləcə də qismən Ağdam və Cəbrayil rayonlarında həyata keçiriləcək.

"Erməni ekspertinin son bəyanatı - Azərğbaycanın mövqeyinin həqiqi faktlara uyğun olduğunu göstərən ən yaxşı arqumentdir. Ermənilərin bütün bəhanələri ritorik xarakterdən başqa bir məna dışımır. Beynəlxalq ictimaiyyət bu məsələni diqqət mərkəzində saxlamalı və Genevrə Konvensiyası və ona olan əlavələrin işğalçı rejim tərəfindən pozulması geniş beynəlxalq müzakirə və töhmət predmenti olmalıdır" - deyə T.Tağızadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti