...

İlham Əliyev İtaliya prezidenti və baş nazirini təbrik etdi

Siyasət Materials 10 İyul 2006 15:00 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyulun 10-da İtaliya prezidenti və baş naziri - Corcio Napolitano və Romano Prodiyə təbrik məktubu göndərib.

Məktublarında dövlət başçısı futbol üzrə dünya çempionatında ölkə yığmasının qələbə çalması münasibəti ilə İtaliya xalqını təbrik edib. İ.Əliyev həmçinin futbolçulara da səmimi təbriklərini çatdırıb, onlara dünya çempionu titulunu şərəflə daşımalarını arzu edib.

Xəbər lenti

Xəbər lenti