...

Ceyhanda BTC neft kəmərinin təntənəli açılış mərasimi başlayıb

Siyasət Materials 13 İyul 2006 14:54 (UTC +04:00)
Ceyhanda BTC neft kəmərinin təntənəli açılış mərasimi başlayıb

Trend in xəbər verdiyi kimi, iyulun 13-də Türkiyənin Ceyhan limanında 50 mln ton neft nəql etmə qabiliyyətinə və 10 mln barel texniki dolma həcminə malik Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsi ilə əlaqədar təntənəli mərasim başlayıb.

Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Əhməd Necdət Sezər və Mixail Saakaşvilinin, BP şirkətinin prezidenti Con Braunun, BP Azerbaijan şirkətinin prezidenti Devid Vudvordun çıxışları gözlənilir.

BTC boru kəməri hər şeydən əvvəl Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neftin nəqli üçün nəzərdə tutulub. Daha sonra layihəyə Qazaxıstan da qoşulacaq. Müxtəlif keyfiyyətli neft göndərənlər arasında qarşılıqlı hesablaşmanın həyata keçirilməsi üçün (Qazaxıstan layihəyə qoşulduqdan sonra) neftin keyfiyyət bankı yaradılıb. Boru kəmərinin dəyəri təxminən $4 mlrd təşkil edir.

BTC boru kəməri daim tanker növbəsinin yarandığı və iri xərclərlə əlaqədar şirkətlərin külli-miqdarda pul itirdiyi Türkiyənin Bosfor boğazının yanından keçir. BTC ilə neft birbaşa Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan limanına nəql olunur.

Xəbər lenti

Xəbər lenti