...

ABŞ prezidentinin fikrincə, BTC layihəsi Xəzərin ehtiyatlarının inkişafında böyük addımdır

Siyasət Materials 13 İyul 2006 16:12 (UTC +04:00)
ABŞ prezidentinin fikrincə, BTC layihəsi  Xəzərin ehtiyatlarının inkişafında böyük addımdır

"BTC layihəsi Xəzərin ehtiyatlarının inkişafında böyük addımdır. BTC kəmərinin açılışı Azərbaycan, Gürcüstan, Türkiyə və dünya bazarı üçün böyük hadisədir" - deyə, Trend agentliyinin məlumatına əsasən, ABŞ-ın energetika naziri müavini Kley Sell ildə 50 mln ton neft nəql edəcək BTC boru kəmərinin istismara verilməsi münasibətilə təşkil olunan mərasimdə prezident Corc Buşun məktubunu oxuyarkan bildirb.

Onun sözlərinə görə, layihənin məqsədi və əhəmiyyəti - dünya energetika bazarına çıxışdır.

"Biz bu layihəni yüksək qiymətləndiririk. Layihə beynəlxalq əməkdaşlıqda böyük rol oynayacaq. Amerika xalqı inanır ki, layihə uğurla gerçəkləşdiriləcək" - deyə ABŞ prezidentinin məktubunda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti