...

Piter Semnebi AB ilə Azərbaycan arasında fəaliyyət planının tezliklə qəbul olunacağına ümid edir

Siyasət Materials 20 İyul 2006 20:38 (UTC +04:00)
Piter Semnebi AB ilə Azərbaycan arasında fəaliyyət planının tezliklə qəbul olunacağına ümid edir

Biz Avropa Qonşuluq Siyasəti çərçivəsində AB ilə Azərbaycan arasında fəaliyyət planının tezliklə qəbul olunmasına ümid edirik. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyulun 20-də AB-nin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi jurnalistlərə bildirib.

O deyib ki, bu gün xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb. Əsas mövzu AB ilə Azərbaycan arasında gələcək əməkdaşlıq və fəaliyyət planının əsas aspektlərinin razılaşdırılması olub.

Diplomat deyib ki, müzakirə mövzularından biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olub. "AB bu problemin sülh yolu ilə həllini dəstəkləyir və tərəflər sülh yolu ilə razılığa gəldiyi halda, onlara istənilən yardımı göstərməyə hazırdır" - deyə xüsusi nümayəndə vurğulayıb.

P.Semnebi deyib ki, bu gün Semnebi xarici işlər naziri müavini Araz Əzimov, Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənov, AB-nin Azərbaycandakı səfirləri, Qaçqınlar üzrə Ali Komissarlığın Bakı nümayəndəliyinin rəhbərilə də görüşüb.

Xəbər lenti

Xəbər lenti