...

Rusiya texnikasını aparan növbəti eşelon Gürcüstandan Azərbaycana yola düşüb

Siyasət Materials 25 İyul 2006 17:49 (UTC +04:00)

Bu gün səhər Rusiyanın hərbi texnikası ilə yüklənmiş eşelon Gürcüstanın Salka yaşayış məntəqəsindən yola düşüb. Trend in Tbilisidəki xüsusi müxbirinə Gürcüstan Müdafiə Nazirliyindən verilən xəbərə görə, eşelonda silah və döyüş sürsatı aparan cəmi 29 vaqon var.

Rusiya silahlarını aparan eşelon bu gün Azərbaycan sərhədini keçəcək və sonra Rusiyaya yola düşəcək.

Növbəti eşelon bir həftədən sonra Gürcüstandan yola düşəcək.

Xəbər lenti

Xəbər lenti