...

Teleradio İB-in rəhbəri: Azərbaycanda rəqəmsal teleyayıma keçid məcburidir

Siyasət Materials 28 İyul 2006 14:49 (UTC +04:00)
Teleradio İB-in rəhbəri: Azərbaycanda rəqəmsal teleyayıma keçid məcburidir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda rəqəmsal teleyayıma keçid üçün konsepsiyanın hazırlanması ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Teleradio İB-in baş direktoru İlham Əhədov bildirib.

Onun sözlərinə görə, hökumət rəqəmsal teleyayıma keçidlə bağlı sərəncam hazırlayıb. Həmin sərəncama əsasən, bu ildən etibarən həm dövlət, həm də özəl telekanallar rəqamsal teleyayıma keçid istiqamətində işə başlamalıdır.

"Konsepsiyaya əsasən, 2015-ci ilə qədər Bakıda 3 paketli 12 proqramlı, rayonlarda isə 2 paketli yayım şəbəkəsinin tədbiqini nəzərdə tutulur" - deyə İB-in rəhbəri vurğulayıb.

İ.Əhədov deyib ki, Azərbaycanda rəqəmsal teleyayıma keçid məcburidir. "Azərbaycan bu məsələni ləngidərsə, bu, ölkədəki teleyayımın gələcəyinə mənfi təsir göstərər. Artıq bütün dünyada rəqəmsal teteyayıma keçid prosesi başlanıb" - deyə o qeyd edib.

Azərbaycanda ilk dəfə rəqəmsal televiziya sistemi pilot layihəsi qismində 2004-cü ilin oktyabrın 10-da işə salınıb. Bu sistemə keçid TV kanalların sayını, görüntü və səs siqnallarının keyfiyyətini xeyli yaxşılaşdırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti