Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonuna səfəri zamanı Sunsüd yeni süd müəssisəsinin tikintisilə tanış olub.
Trend xəbər verir ki, tikinti "Aqrarkredit", "Turanbank" və İqtisadi İnkişaf Nazirliyinin Milli Sahibkarlığa Yardım Fondunun vəsaitləri həyata keçirilir. Tikinti işlərinin smeta dəyəri 3,5 mln AZN təşkil edir. 1,5 mln AZN artıq xərclənib.
Müəssisənin layihə gücü 30 ton süd təşkil edir. Əvvəl Sunsüd zavodunun 12 növ süd məhsulu Bakı, Sumqayıt və Salyana yaxın rayonlarda satılacaq. Sonra istehsal olunan məhsulun ixracatı təşkil olunacaq.
Ehtimallara görə, 1200 nəfər yeni müəssisədə işlə təmin olunacaq.
Bununla prezidentin Salyan rayonuna səfəri başa çatıb.