...

Oktyabr ayında NATO PA-nın müdafiə və təhlükəsizlik komitəsi üzvlərinin Bakıya səfər edəcəyi gözlənilir

Siyasət Materials 14 Avqust 2006 17:37 (UTC +04:00)

Oktyabr ayında NATO Parlament Assambleyasının (PA) müdafiə və təhlükəsizlik komitəsi üzvlərinin Bakıya səfər edəcəyi gözlənilir. Bu barədə Trend ə Azərbaycanın NATO-dakı missiyasının press-attaşesi Leyla Abdullayeva xəbər verib. Onun sözlərinə görə, səfərin dəqiq vaxtı hələ müəyyənləşdirilməyib, çünki NATO qərargahı, eləcə də NATO PA nümayəndələri məzuniyyətdədir.

Hazırda həmin komitədə Türkiyə sədrlik edir və nəzarətçi NATO PA-nın sədr müavini Vahid Ərdəmdir. O, Cənubi Qafqaz üzrə məruzənin hazırlanması məqsədi ilə artıq Ermənistanda olub.

Qeyd edək ki, payızda həmçinin NATO Parlament Assambleyasının sədri Pyer Leluşun (Pierre Lellouche) da səfər edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti