...

MQİBİ-nin mühafizə alayının əməkdaşlarına hökm oxünüb

Siyasət Materials 22 Avqust 2006 14:39 (UTC +04:00)

Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində (ACDİM) Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) mühafizə alayının komandiri Elmar Hüseynova və idarənin digər 5 vəzifəli əməkdaşına hökm oxunub. Bu barədə Trend ə ACDİM-dən məlumat verilib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, alay komandiri Elmar Hüseynov MQİBİ-nin digər 5 əməkdaşı Rafəddin Rüstəmov, Zülfüqar Əliyev, Tapdıq Hüseynov, Sabir Abbasov və Elxan Orucovla cinayət əlaqəsinə girib. Adları çəkilən şəxslər 2004-cü ilin yanvar ayından başlayaraq MQİBİ-nin 3108 əsgər və çavuşunun adlı siyahısını tərtib edərək həmin sənədi onların bir qisminə imzaladıblar. Təqsirləndirilən şəxslər MQİBİ mühafizə alayının maliyyə xidmətinin xəzinəsinin hesabında olan pul vəsaitini saxta sənədlərlə mənimsəyiblər.

Məhkəmənin hökmü ilə Elmar Hüseynov 6, Rafəddin Rüstəmov 5, Zülfüqar Əliyev və Tapdıq Hüseynov 3 il, Sabir Abbasov və Elxan Orucov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti