...

Cəbrayıl və Füzuli rayonlarının işğal günü qeyd olunacaq

Siyasət Materials 22 Avqust 2006 15:49 (UTC +04:00)

Avqustun 23-də Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının Ermənistan tərəfindən işğalının 13-cü ildönümü Bakıda və ölkənin müxtəlif bölgələrində qeyd olunacaq. Trend in məlumatına görə, Qarabağ Azadlıq Təşkilatının fəalları, şəhid ailələri, qaçqın və məcburi köçkünlər avqustun 23-də Bakıda Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad ediləcək, Cəbrayıl, Füzuli və digər torpaqlarımızın işğalının ildönümü qeyd olunacaq.

Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) bildirilib ki, partiyanın Füzuli rayon təşkilatı işğalla əlaqədar Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Cəbrayıl rayon təşkilatı ilə birgə bir sıra tədbirlər keçirəcək.

Qeyd edək ki, avqustun 23-də Qarabağın cənub hissəsində yerləşən Cəbrayıl və Füzuli rayonlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasından 13 il ötür.

Xəbər lenti

Xəbər lenti