...

AB-nin xüsusi nümayəndəsi Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Siyasət Materials 28 Avqust 2006 19:26 (UTC +04:00)
AB-nin xüsusi nümayəndəsi Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Avqustun 27-də Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı Avropa Qonşuluq Siyasəti, xüsusilə Fəaliyyət Planının qəbul olunmanın Azərbaycan üçün yaradacağı imkanlar müzakirə olunub. Bu barədə Trend ə eksklüziv olaraq Piter Semnebi məlumat verib.

Görüşdə, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə mövzusu olub. P.Semnebi məxfiliyi ilə əlaqədar danışıqların detalları barədə məlumat verməkdən imtina edib.

Xüsusi nümayəndənin sözlərinə görə, o, Azərbaycan prezidenti ilə görüşərək ölkənin muxtəlif məsələlərlə bağlı mövqeyini öyrənmək istəyib.

Danışıqlar Sloveniya hökumətinin təşkil etdiyi "Xəzər 2008" beynəlxalq iqtisadi konfransından sonra baş tutub. Konfrans Xəzər regionundan enerji ehtiyatlarının Qərbi Avropaya tədarükü məsələlərinə həsr olunub. P.Semnebinin məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də konfransın diqqət mərkəzində olub.

Xəbər lenti

Xəbər lenti