...

Almaniyadan 6500 qeyri-leqal azərbaycanlı qaçqın deportasiya ediləcək

Siyasət Materials 30 Avqust 2006 15:14 (UTC +04:00)

Almaniyada təxminən 6500 nəfər qeyri-leqal azərbaycanlı qaçqın yaşayır və onlar ölkəyə qaytarılmalıdır. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Almaniyanın ölkəmizdəki səfiri Per Kristofer Stankina məlumat verib.

Azərbaycan qanunsuz vətəndaşların geri qaytarılacağı ölkələr arasında 3-cü yerdədir. Diplomat təəssüflə qeyd edib ki, bu ölkələr həmin vətəndaşların deportasiyasında Almaniya hökumətinə kömək etmək istəmir.

Səfirin sözlərinə görə, bu qeyri-leqal vətəndaşlar Almaniya hökuməti üçün çoxlu problemlər yaradır və məhz buna görə hökumət bir çox ölkələrlə, o cümlədən Azərbaycanla viza rejimini sərtləşdirmək məcburiyyətində qalıb.

Xəbər lenti

Xəbər lenti