Sentyabrın 5-də Azərbaycan Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda MSK-nın iclas protokolu təsdiqlənib, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
MSK sədri Məzahir Pənahovun təqdimatından sonra komissiyanın 21 avqust 2006-cı il tarixli iclas protokolu təsdiq edilib. Sonra bəzi dairə seçki komissiyalarının üzvləri tərəfindən MSK-ya göndərilmiş müraciətlərə baxılıb.
MSK sədrinin müavini Svetlana Qasımova, komisiyanın katibi Natiq Məmmədov və üzvü Rövşən İsmaylovun təqdimatı əsasında bir neçə dairə seçki komisiyalarının tərkibində dəyişiklik edilib.
MSK sədri Məzahir Pənahov bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı aparılan maarifləndirmə işləri barədə danışıb.MSK üzvlərinin iştirakı ilə bir çox bölgələrdə seminar-müşavirələr, treninqlər keçirildiyini deyib. MSK üzvü Rövşən İsmaylov Azərbaycanın rayonlarında keçirilmiş treninqlər haqqında məlumat verib. MSK-nın "Seçkilərin aparılması informasiya mərkəzi"Nin direktoru İqbal Babayev seçki siyahılarının hazırlanması barədə məlumat verib. O bildirib ki, bələdiyyə seçkilərində iştirak edəcək seçicilərin siyahısı təhvil verilib, həmçinin siyahılar MSK-nın İnternet səhifəsində yerləşdirilib.
MSK sədri Məzahir Pənahov isə Mərkəzi və Şərgi Avropa Seçki Rəsmiləri Assosiasiyasının dəvəti ilə bu yaxınlarda Latviyaya səfəri barədə məlumat verib.