...

Dünya Türklərinin Qurultayında Azərbaycandan 16 nəfərlik nümayəndə heyəti iştirak edəcək

Siyasət Materials 7 Sentyabr 2006 13:21 (UTC +04:00)

Sentyabrın 18-dən 20-dək Türkiyənin Antalya vilayətində keçiriləcək Dünya Türklərinin Qurultayında Azərbaycan Respublikasından 16 nəfərlik nümayəndə heyəti iştirak edəcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

O bildirib ki, Dünya Türklərinin qurultayında iştirak edəcək xarici ölkələrə 16 nəfərlik nümayəndə heyəti üçün kvota da ayrılıb. N.İbrahimovun sözlərinə görə, qurultayla bağlı Azərbaycan hökumətinə artıq rəsmi dəvət göndərilib.

ümayəndə heyətinə kimlərin daxil olacağını isə hökumət müəyyən edəcək.

Noyabrın 18-19-da isə Türkiyənin İstanbul şəhərində Dünya Türk İş Adamlarının qurultayı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti