Müsavat Partiyası sentyabrın 7-də Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib.
Müraciətdə bildirilir ki, partiya sentyabrın 23-də saat 16.00-dan 19.00-dək metronun "20 Yanvar" stansiyasından "Qələbə" meydanınadək yürüş-mitinq keçirməyi planlaşdırır. Bununla bağlı lazımi təhlükəsizlik tədbirləri görülməsi xahiş olunur.
Aksiyada korrupsiyaya son qoyulması, işsizlərə iş verilməsi və digər siyasi, sosial tələblər səsləndiriləcək.