...

Demokratik İslahatlar Partiyası media ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb

Siyasət Materials 8 Sentyabr 2006 16:06 (UTC +04:00)

Trend-i buradan izləyin

Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurası son vaxtlar Azərbaycan mediası ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat qəbul edib. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Bəyanatda bildirilir ki, son dövrlərdə Azərbaycanda cərəyan edən məmur-media münasibətləri cəmiyyətdə gərginlik və narahatlıq yaradır. Jurnalistlər yüksək rütbəli dövlət qulluqçularının təzyiqlərini hiss edir, ardı-arası kəsilməyən silsilə məhkəmə çəkişmələrinə cəlb olunur, həbsə məhkum edilir. Bütün bu hallar azad sözün və media hüquqlarının pozulması kimi qiymətləndirilir, ölkəmizin beynəlxalq imicinə zərbə vurur.

"Eyni zamanda bir sıra jurnalistlər də mətbuatda etikadan xaric yazılarla çıxış edir, peşəkar jurnalistikaya uyğun olmayan üsullardan istifadə edirlər. Demokratik İslahatlar Partiyası azad sözə qarşı təzyiqləri, həmçinin, insanların təhqir olunmasına, onların şərəf və ləyaqətinin alçaldılmasına yönəlmiş media çıxışlarını yolverilməz hesab edir. Partiya jurnalistlərin mediada yayımlanan qeyri-dəqiq, qeyri-etik məlumatlarla, böhtan xarakterli yazılarla bağlı cinayət məsuliyyətinə cəlb olunmasını qətiyyətlə pisləyir. Jurnalistləri isə cəmiyyətdəki istənilən təbəqələr və şəxslər barədə materiallar dərc etdirərkən jurnalist etikasını unutmamağa çağırır"-deyə bəyanatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti