...

Dövlət naziri Kaxa Bendukidze: Azərbaycan sərmayələri Gürcüstanda bir qədər aqressiv olmalıdırlar

Siyasət Materials 9 Sentyabr 2006 11:00 (UTC +04:00)
Dövlət naziri Kaxa Bendukidze: Azərbaycan sərmayələri Gürcüstanda bir qədər aqressiv olmalıdırlar

Trend in Gürcüstanın islahatların əlaqələndirilməsi üzrə dövlət naziri ilə eksklüziv müsahibəsi

- Siz Azərbaycan və Gürcüstanın iqtisadi münasibətlərinin möhkəmləndirilməsinin gələcək perspektivlərini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, ölkələrimizin böyük perspektivləri var. Biz qonşuyuq və birgə inkişaf edirik. Azərbaycan, yəqin ki, keçən il inkişaf tempinə görə dünya rekordçusu olub. Gürcüstan da kifayət qədər sürətlə inkişaf edir.

- Azərbaycan Gürcüstan üçün hansı rolu oynayır?

- Azərbaycan Gürcüstan üçün çox vacib bir tərəfdaşdır. Ölkənin əhəmiyyəti onun ölçü və təsir dairəsi ilə bağlıdır. Əgər mənə desəydilər ki, Cürcüstanın dünyada yalnız 5 səfirlik açmaq iimkanı var, onda onlardan birini mən Azərbaycanda tikdirərdim. Azərbaycanın Cürcüstan üçün rolunun vacibliyi, bax, belədir və güman edirəm ki, Azərbaycan da bu cür fikirləşir.

- Ölkələrimiz arasındakı əmtəə dövriyyəsinin səviyyəsi Sizi qane edirmi?

- Hesab edirəm ki, Azərbaycanla Gürcüstan arasındakı mövcud əmtəə dövriyyəsinin səviyyəsi kifayət dərəcədə deyil və əslində o, daha yüksək olmalıdır.

- Qeyri-neft sektorunda əməkdaşlığın ilk növbədə hansı əsas istiqamətlərini həyata keçirmək lazımdır?

- Mən əməkdaşğığımızı neft və qeyri-neft sektorlarına bölməzdim. Hesab edirəm ki, hər iki sahədə əməkdaşlığın olması zəruridir. Neft sektoru özü-özlüyündə vacibdir. Əsasən neft emalının təşkili ilə bağlı çox yaxşı planlarımız var. Ölkələrimiz arasında azad ticarət haqqında müqavilə mövcuddur. Biz mallarımıza rüsum tətbiq etmirik və bu, çox vacibdir. Və yeni tərəfdaşlıq münasibətləri quracaq sahibkarlar bundan fəal istifadə etməlidirlər - gürcülər Azərbaycana mal ixrac etməli, azərbaycanlı sahibkarlar isə malları Gürcüstana gətirməlidirlər.

İqtisadiyyatın inkişafı üçün böyük subyektlərin yaradılması zəruridir. Azərbaycan və Gürcüstanda eyni səviyyədə qarşılıqlı fəaliyyət göstərə və dünya bazarında işləyə bilən müəssisələr yaradılmalıdır. Azərbaycanda Gürcüstanda olmayan, bizim ölkəmizdə isə Azərbaycanda olmayan imkanlar var.

- Sizcə, Azərbaycanla Gürcüstan arasında qarşılıqlı investisiyaların prioritet sahələri hansılardır? Potensial Azərbaycan investorlarını maraqlandıra biləcək hansısa müəssisələri sadalaya bilərsinizmi?

- Bunlar kənd təsərrüfatı məhsullarının emalı və sənaye istehsalı, bank xidmətləridir. Hesab edirik ki, bu sahədə Azərbaycanın böyük imkanları var. Dövlət isə bu proseslərin daha sadə qaydada həyata keçməsi üçün şərait yaratmalıdır. Məncə, Gürcüstan ərazisində anbarların inkişafı da perspektivlidir. Azərbaycan Poti limanında anbar istehsalını təşkil etməklə bir dəfəyə iki bazar əldə etmiş olar. Bundan başqa, idxal olunan malın növündən (məsələn, nə Gürcüstanda, nə də Azərbaycanda istehsal olunmayan elektrik texnikası) asılı olaraq, Türkiyə və Rusiya ilə əlavə sərhəd bazarları təşkil etmək olar.

- Gürcüstandakı iqtisadi islahatlar sahəsindəki vəziyyəti necə qiymətləndirirsiniz? Bu prosesdə Gürcüstanın azərbaycanlı əhalisinin daha dolğun iştirakı üçün tədbirlər həyata keçirilirmi?

- Son 2 il ərzində Gürcüstan iqtisadiyyatında əhəmiyyətli dəyişikliklər baş verib. Onlar əsasən iqtisadiyyatın daha açıq və azad olması ilə bağlıdır. Fikrimcə, nəticələr göz qabağındadır, çünki xarici investisiyaların həcmi nəzərəçarpacaq dərəcədə artıb. Hazırda 3 il bundan əvvəl olduğu kimi, bir deyil, eyni vaxtda bir neçə səmərəli layihə həyata keçirilir. O vaxtlar isə hər şey çox vacib və lazımli olan bir boru kəməri layihəsi üzərində qurulmuşdu. Lakin o, tək idi. İndi isə bizim müxtəlif sahələrdə böyük həcmdə investisiyalarmız var ki, onlar öz-özlüyündə dövlətin heç bir iştirakı olmadan həyata keçirilir. İslahatlar Gürcüstanda biznesi əhəmiyətli dərəcədə asanlaşdırıb. Buna lisenziyaların alınması, ixrac imkanlarının, vergitutumu və özəlləşdirmə prosesinin sadələşdirilməsi aiddir. Məhz özəlləşdirmə, o cümlədən kənd təsərrüfatı torpaqlarının özəlləşdirilməsi islahatlarımızın ən vacib mərhələlərindəndir.

Bu qanun böyük olmasa da, çox sərt siyasətçi qrupunun kifayət dərəcədə mütəşəkkil müqaviməti ilə qarşılaşdı. Onların sözlərinə görə, qanunun yaratdığı "problem"lərdən biri - bütün Gürcüstan vətəndaşlarının eyni zamanda torpaq almaq imkanı əldə etməsidir. Torpaq mülkiyyəti hüququnun verildiyi zaman birinci şəhadətnaməni Azərbaycan mənşəli gürcü vətəndaşına mən şəxsən özüm verdim. Mənə elə gəlir ki, Gürcüstanda yaşayan etnik azərbaycanlıların gürcülərlə eyni səviyyədə yaşadıqları torpağa sahib olmaq və onu becərmək hüquqları olmalıdır. Bu, öz biznesini inkişaf etdirməyə, ticarət etməyə, tikməyə imkan yaradacaq. Biz onların maksimum səviyyədə Gürcüstan iqtisadiyyatına inteqrasiya etməsi üçün hər şeyi edirik.

- Siz sərhədyanı ticarətin səviyyəsini necə qiymətləndirirsiniz və onun nizamlanması üçün hansısa tədbirlər nəzərdə tutulurmu?

- Sərhəyanı ticarət üçün xüsusi rejimin yaradılmasına lüzum yoxdur. Bizim sadə və şəffaf gömrük-keçid sistemimiz olmalıdır. Biz həm Azərbaycan, həm də Gürcüstan iqtisadiyyatına zərbə endirən qaçaqmalçılığın sərhədyanı ticarət adı altında inkişaf etməsinə imkan yaratmamalıyıq. Bu, rəqabət qabiliyyətli ticarətin inkişafına mane olur.

- Azad sərhədyanı ticarət zonasının yaradılması perspektivləri barədə nə deyə bilərsiniz?

- Bu mümkündür, amma biz əmin olmalıyıq ki, hər iki ölkədə xəzinə idarəçiliyi imkanları tamamilə eynidir və ƏDV həm Gürcüstanda, həm də Azərbaycanda eyni səviyyədə tətbiq olunur. Bu o deməkdir ki, bizim vahid gömrük sistemimiz olmalıdır. Gürcüstan radikal tədbirlərə əl atıb. Sentbyabrın 1-dən yeni gömrük məcəlləsi qüvvəyə minib. Hesab edirəm ki, gömrük yükünün azalma dərəcəsinə görə biz dünyada haradasa ikinci yerə çıxmışıq. Biz, demək olar ki, sənaye istehsalatının bütün məhsullarının tariflərini sıfıra endirmişik, kənd təsərrüfatı məhsullarında cüzi tariflər qalıb. Ümid edirəm ki, bu məsələ də müsbət tərəfə həll olunacaq. Vahid gömrük məkanının yaradılması avtomatik olaraq o deməkdir ki, Azərbaycanda da eyni tariflər olmalıdır. Əgər Azərbaycan buna hazırdırsa, o zaman vəziyyət yaxşıdır. Sərbəst ticarət çox səmərəli olardı: məsələn, idxalatçı malı Potiyə gətirdi, gömrükdən keçirdi, yolda dayanmadan və heç bir yoxlamadan keçmədən Bakıya apardı. İndiki sərhədyanı ticarət, düşünürəm ki, ölkələrimizin iqtisadiyyatının bir neçə il bundan əvvəl olduğu əlverişsiz vəziyyətinin nəticəsidir. Real olaraq, müasir zəmanədə avtomobilin yük yerində bir neçə kiloqram malın sərhəddən keçirilməsi ticarət adlandırılmır. Real səmərəli ticarət - anbarların, topdansatış qiymətlərinin və s. olduğu böyük həcmli ticarətdir. Düşünürəm ki, bu ticarətin gələcəyi var. İqtisadiyyat ayağa qalxan kimi, dərhal mütəşəkkil ticarət başlayır. Vergi qoymanın hesabına different mövcud olduqca qaçaqmalçılıq inkişaf edəcək. Məsələn, biz Gürcüstan üçün dizel yanacağını dünya qiymətləri ilə alırıq, Azərbaycanda isə dizel yanacağı, demək olar ki, subsidiyalaşdırılmış qiymətlərlə satılır və demək olar ki, üçqat fərq alınır. Aydındır ki, bu, qaçaqmalçılıq ilə məşğul olmaq istəyinin yaranmasına səbəb olacaq, lakin bunun sərhədyanı ticarətlə heç bir ümumi tərəfi yoxdur.

- Hazırda, təəssüf ki, Azərbaycan və Gürcüstan arasında yalnız bu iki dövlətin kapitalının iştiak etdiyi ciddi, səmərəli fəaliyyət göstərən birgə layihələr yoxdur. Siz bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Birgə müəssisələrin yaradılması üçün ciddi zərurət, həm də məhdudiyyət yoxdur. Mən Gürcüstanda iqtisadiyyatın müxtəlif sahələrində azərbaycanlılara məxsus obyektlər və Azərbaycanda da gürcülərin sahib olduğu müəssisələr tanıyıram. Birgə müəssisələrin olması vacib deyil. Tərəfdaşlıq sahibkarlarımızın nəyinə lazımdır? Qoy hər kəs öz işi ilə məşğul olsun.

- Qazaxıstanın neft kapitalı son zamanlarda Gürcüstanın sərmayə bazarına hücum çəkib. Energetika layihələrində mehriban qonşuluq əlaqələrini və sıx tərəfdaşlığı nəzərə alaraq, Gürcüstan Azərbaycanın analoji kapitalı üçün daha cəlbedici sərmayə şərtləri yaratmağa hazırdırmı?

- Qazaxıstan kapitalı ölkəmizə vəsait qoymağa hazırdır. Azərbaycan kapitalı hazır olduqda, o da bu imkanlara malik olacaq. Qazaxıstan üçün heç bir güzəşt yoxdur: pul ödəyin və siz də dövlət mülkiyyətini ala bilərsiniz. Hələ belə bir maraq yoxdur. Azərbaycanın özəl biznesi Gürcüstanda fəaliyyət zamanı bir qədər aqressiv və cəsarətli olsaydı, daha yaxşı olardı.

Xəbər lenti

Xəbər lenti