...

Baş Konsul: "Noyabrın 20-24-də Azərbaycanda Sankt-Peterburq mədəniyyəti günləri keçiriləcək"

Siyasət Materials 21 Sentyabr 2006 10:27 (UTC +04:00)

2006-cı ildə Azərbaycanda Rusiya ili çərçivəsində noyabrın 20-24-də Bakıda Sankt-Peterburq mədəniyyəti günləri keçiriləcək. Bu barədə Trend ə eksklüziv açıqlamasında Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulu Qüdsi Osmanov məlumat verib.

O bildirib ki, Sankt-Peterburq şəhərinin Administrasiyası Azərbaycanda mədəniyyət günlərinin keçirilməsini planlaşdırır. Bununla əlaqədar Azərbaycana nümayəndə heyəti gələcək. Heyətə Sankt-Peterburq şəhərinin vitse-qubernatoru Serqey Tarasov və Administrasiyanın Mədəniyyət Komitəsinin sədri Nikolay Burov başçılıq edəcək.

Mədəniyyət günləri çərçivəsində balet ustalarının çıxışından ibarət konsert verilməsi nəzərdə tutulub. Bu konsenrtdə həmçinin Rusiyanın əməkdar artisti Elvira Tarasova, Mariinski teatrının balet ustaları Andrey Batalov, Anton Korsakov, Mixail Lobuxin, Andrey İvanov, Viktoriya Tereşkina, Yevqeniya Obraztsova, Kiti Papava, əməkdar pianist Vladimir Mişuk, Musorqski adına teatrın və Musorqski adına opera və balet teatrının solistləri iştirak edəcəklər.

Qüdsi Osmanovun sözlərinə görə, Sankt-Peterburq şəhərinin qubernatoru Valentino Matviyenkonun isə Bakıya səfəri baş tutmayacaq. Onu adları çəkilən qubernator administrasiyasının məsul şəxsləri əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti