Yaxın günlərdə Gəncədə yeni abidə ucaldılacaq. Bu barədə Trend ə məlumat verən şəhərin baş rəssamı Şərif Şərifovun sözlərinə görə, abidə Gəncənin girəcəyində, Nəriman Nərimanov prospektində ucaldılacaq. Abidədə Gəncənin mühafizəsinin obrazı, bir əlində qalxan, o birisində əliqılınclı və Cavad xanın bayrağı asılmış nizə tutan əsgər təsvir olunacaq.
Müsahibin sözlərinə görə, qalanı Gəncənin yenilməzliyini təcəssüm etdirən ikitərəfli qala divarları dövrələyəcək. Şərif Şərifov qeyd etdi ki, qala divarları qırmızı kərpicdən, mərmər özül üzərindəki əsgər abidəsi isə bürüncdən hazırlanacaq.
Qeyd edək ki, yeni abidənin müəlləifi Şərif Şərifovun özüdür. Hazırda işlərin görülməsi üçün hazırlıq aparılır. İşlərin həcmi böyük olduğu üçün abidənin tikintisinin 2007-ci ilin sonuna başa çatdırılması planlaşdırılır.