Sentyabrın 28-də Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsindən məlumat verilib.
İclasda Birlik iştirakçıları olan ölkələrin Daxili İşlər Nazirlikdləri arasında əməkdaşlığın inkişaf perspektivləri, cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsi haqqında Saziş layihəsi, informasiya texnologiyalarından istifadə etmək yolu ilə törədilən cinayətlərə qarşı birgə mübarizənin təşkili, beynəlxalq axtarışda olan şəxslərə qarşı əməliyyat-axtarış tədbirləri görülərkən daxili işlər orqanları əməkdaşlarının bu ölkələrə ezam olunma qaydaları kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.