...

MDB hökumət başçıları Şurasının iclasının gündəliyinə 27 məsələ daxildir

Siyasət Materials 2 Oktyabr 2006 12:15 (UTC +04:00)

MDB hökumət başçıları Şurasının oktyabrın 16-da Minskdə keçiriləcək növbəti iclasının gündəliyinə 27 məsələ daxildir. Bu barədə Trend MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir.

Gündəliyin layihəsi Birlik ölkələrinin MDB-nin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndələr Şurası tərəfindən təqdir edilib. MDB XİN başçıları və İqtisadi Şuraları tərəfindən razılaşdırılmış 17 məsələ üzrə sənədlərin layihələri müzakirə olunmadan imzalanmaq üçün hökumət başçılarına təqdim olunub.

Hökumət başçıları Şurasının iclasında iqtisadi və sosial yönümlü, maliyyə-büdcə məsələlərinin müzakirəsi, o cümlədən əvvəllər qəbul edilmiş sənədlərə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Məsələn, MDB iştirakçılarının informatizasiya sahəsində əməkdaşlıq strategiyası və bu strategiyanın 2010-cu ilədək gerçəkləşdirilməsinə dair Fəaliyyət Planı haqqında, malların mənsub olduğu ölkənin müəyyən edilməsi qaydalarına HBŞ-nin 30 noyabr 2003-cü il tarixli qərarı ilə təsdiqlənmiş əlavə və dəyişikliklərin edilməsi haqqında. Şübhəsiz ki, Birlik ölkələrinin büdcə vəsaitləri hesabına maliyyələşdirilən MDB orqanları üçün əsas məsələ bu orqanların 2007-ci il üçün vahid büdcə parametrlərinin müzakirəsi və qəbul edilməsi olacaq.

Qarşıdakı iclasın gündəliyinə MDB ölkələrinin Antiterror Mərkəz rəhbərinin mərkəzin fəaliyyətinə dair məruzəsi də daxil edilib. Şuranın iclasında baxılmaq üçün MDB İK birlik ölkələrinin 2003-2010-cu illərdə iqtisadi sahədə qarşılıqlı əlaqələrinin inkişafına və səmərəliliyinin artırılmasına yönəldilmiş mühüm tədbirlərin gerçəkləşdirilməsi Planıının yerinə yetirilməsinin gedişi və s. haqqında yazılı məlumatlar hazırlayıb.

Xəbər lenti

Xəbər lenti