...

DAK Güney Azərbaycanla bağlı dəyirmi masa keçirəcək

Siyasət Materials 3 Oktyabr 2006 13:47 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycanda baş verən hadisələri diqqət mərkəzində saxlayır. Bu barədə Trend ə DAK mətbuat xidmətinin rnəhbəri Əli Nicat bildirib.

Ə.Nicat onu da qeyd edib ki, oktyabrın 5-də saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində DAK "Güney Azərbaycanın durumu: bu günü və sabahı" mövzusunda dəyirmi masa keçirəcək. Dəyirmi masada Güney Azərbaycanda baş verən son hadisələr müzakirə olunacaq. Tədbirə bir sıra siyasi partiya rəhbərləri də dəvət olunub.

DAK rəsmisi onu da qeyd edib ki, tədbirdə DAK Məclisinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı və Məclis üzvü, İsveçdən Bakıya gələn siyasi mühacir Əjdər Tağızadə iştirak edəcəklər.

DAK 1997-ci ildə Güney Azərbaycanda yaşayan soydaşlarımız tərəfindən ABŞ-ın Los-Anceles şəhərində yaradılıb. Konqresin ilk sədri doktor Nəzmi olub. DAK-ın II qurultayı Azərbaycan bayrağı altında Vaşinqtonda keçirilib. 2001-ci ildə keçirilən növbəti qurultayda isə Cavad Derəxti DAK sədri seçilib. 2005-ci ildə keçirilən qurultayda isə DAK-ın əsasnaməsi və nizamnaməsinə edilən dəyişikliklərə əsasən Məclis formalaşdırılıb.

Xəbər lenti

Xəbər lenti