...

YAP-çı gənclər Liberal Gənclərin Beynəlxalq Federasiyasının nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 4 Oktyabr 2006 16:51 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri oktyabrın 4-də Azərbaycanda səfərdə olan Liberal Gənclərin Beynəlxalq Federasiyasının (LGBF) nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

Tanışlıq xarakteri daşıyan görüşdə qonaqlara YAP-ın gənclər təşkilatı və onun fəaliyyəti haqqında geniş məlumat verilib. Görüşdə LGBF və YAP Gənclər Birliyi arasında gələcək əməkdaşlığın formaları və onun perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

YAP Gənclər Birliyinin çoxşaxəli fəaliyyətindən razı qaldığını bildirən LGBF-nin sədri Fredrix Feriys gələcək əlaqələrin intensiv xarakterli olacağına əminliyini bildirib.

YAP-ın ilk təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilib. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev partiya sədri seçilib. 1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti YAP üzvü olduğundan iqtidar partiyasına çevrilib. 2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutub. 2005-ci il parlament seçkilərində də partiya növbəti qələbəsinə imza atıb. Hazırda partiyanın sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir. Partiyanın 500 mindən çox üzvü var.

Xəbər lenti

Xəbər lenti