...

Avropa Parlamentinin deputatları Milli Məclisdə görüş keçirib

Siyasət Materials 6 Oktyabr 2006 19:01 (UTC +04:00)

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri ölkəmizdə səfərdə olan Avropa Parlamentinin deputatları ilə görüşüblər. Trend xəbər verir ki, millət vəkili Çingiz Əsədullayev qonaqlara Milli Məclisin fəaliyyəti və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

O bildirib ki, Milli Məclis bütün beynəlxalq təşkilatlar, eləcə də dünya ölkələri parlamentləri ilə intensiv əməkdaşlıq edir: "Avropa Parlamenti ilə münasibətlərimiz də inkişaf edir. Ümid edirik ki, bu cür əməkdaşlıq əlaqələrimizin inkişafında mühüm rol oynayacaq".

Avropa Parlamentinin üzvü Yustas Palekis qeyd edib ki, Azərbaycana səfərdən məqsəd enerji və təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak etməkdir. Konfransda azərbaycanlı gənclərin böyük əksəriyyətinin Azərbaycanın gələcəyini Avropa ilə əlaqələrin inkişafında gördüyünü ifadə etmələri avropalı qonalarda xoş təəssürat yaradıb. Y.Palekis qeyd edib ki, Azərbaycan Avropa Birliyi üçün böyük əhəmiyyət kəsb edir: "Zəngin təbii ehtiyatlara malik olan Azərbaycanın xoşbəxt gələcəyi var. Ümid edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında həll olunduqdan sonra Azərbaycan daha da inkişaf edəcək".

Xəbər lenti

Xəbər lenti