...

Sentyabr ayı ərzində 13 halda dövlət sərhədini pozma cəhdinin qarşısı alınıb

Siyasət Materials 11 Oktyabr 2006 19:28 (UTC +04:00)

Sentyabr ayı ərzində Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiv vasitələrin qanunsuz dövriyəsi və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Bu barədə Trend ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Görülən tədbilər nəticəsində 414,4 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Horadiz sərhəd dəstəsinin ərazisində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınarkən hadisə yerində 155 qram heroin aşkar edilib.

Göytəpə sərhəd xidməti ərazisində dövlət sərhədini pozmaqla İrandan Azərbaycana keçməyə cəhd edərkən saxlanılmış Cəlilabad rayonu Ləkin kənd sakini Qəşəm Əliyevin üzərində 238,4 qram heroin aşkar edilib. Ay ərzində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçməyə cəhd edən cinayətkar qruplar tərəfindən iki halda sərhəd naryadlarına qarşı odlu silahdan istifadə etməklə silahlı müqavimət göstərilib, hər bir cəhdin qarşısı alınıb və sərhəd pozucuları geri qaçıblar.

32 halda dövlət sərhədini saxta və və özgəsinə məxsus sənədlə keçmə cəhdinin qarşısı alınıb, 50 nəfər saxlanılıb. Axtarışda olan 64 nəfər saxlanılaraq hüquq-müşafizə orqanlarına təhvil verilib. Qadağan olunmuş kitabların, audio-kaset və şəklin ölkəmizə gətirilməsinin qarşısı alınıb. Qaçaqmalçılığa qarşı mübarizə nəticəsində müxtəlif növ içkilərin, əşyaların, müxtəlif sənaye mallarının sərhəddən qeyri-qanuni keçirilməsinin qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti