...

Nazir müavini hesab edir ki, Fransa kimi nüfuzlu dövlətin parlamentdə "erməni soyqırımı"nı müzakirə etməsi məntiqsiz addımdır

Siyasət Materials 12 Oktyabr 2006 14:53 (UTC +04:00)

Fransa kimi nüfuzlu dövlətin parlamentdə erməni soyqırımı məsələsini müzakirə etməsi - məntiqsiz addımdır. Trend xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

O hesab edir ki, erməni soyqırımının inkar edilməsinə görə cəzanı nəzərdə tutan qanunun müzakirə faktının özü insan azadlığı prinsiplərinə ziddir. Azərbaycan diplomatı bildirib ki, hər bir insanın fikir azadlığı hüququ var.

Fransızların Əlcazairdə törətdikləri soyqırımı inkar etməyə görə cəzanı nəzərdə tutan qanunun Türkiyə parlamenti tərəfindən qəbul olunmasını şərh edərkən X.Xələfov qeyd edib ki, Azərbaycanın bu təşəbbüsü dəstəkləyib-dəstəkləməyəcəyi barədə danışmaq hələ tezdir. Nazir müavininİN fikrincə, belə hadisələr bütün tarix ərzində baş verir. Buna tarix kontekstindən yanaşmaq lazımdır və sonra bu məsələyə siyasi qiymət vermək üçün tarixçilər onu araşdırmalıdırlar.

Xəbər lenti

Xəbər lenti