...

Məleykə Abbaszadə: "2007-2008-ci tədris ili üçün qəbul imtahanları yeni modeldə keçiriləcək"

Siyasət Materials 13 Oktyabr 2006 13:48 (UTC +04:00)
Məleykə Abbaszadə: "2007-2008-ci tədris ili üçün qəbul imtahanları yeni modeldə keçiriləcək"

2007-2008-ci tədris ili üçün qəbul imtahanları yeni modeldə keçiriləcək. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə oktyabrın 13-də keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib.

TDK sədri bildirib ki, TQDK 14 il ərzində aparılmış elmi-statistik araşdırmalara əsasən və Boloniya prosesinin tələblərinə uyğun olaraq, ABŞ-ın "Təhsil testi xidməti"nin tövsiyələrini nəzarə alaraq, eyni zamanda müasir dünya təhsil sisteminə inteqrasiyanı sürətləndirmək məqsədi ilə belə bir qərar qəbul edib.

"Yeni modeldə qəbul aparılacaq ixtisaslar 4 qrupa bölünür, ümümiləşmiş fənn bloku və 5-ci qrup ləğv olunur. Bu qrupa aid olan pedaqoqika və psixologiya ixtisasları 3-cü qrupa, sosiologiya ixtisası isə 2-ci qrupa yerləşdirilir. 2008-ci ildə psixologiya ixtisası 4-cü qrupa keçiriləcək. Birinci qrupa daxil olan bədii layihələndirmə ixtisası qabiliyyət imtahanı tələb edən ixtisaslar siyahısından çıxarılır" - deyə M.Abbaszadə bildirib.

M.Abbaszadənin sözlərinə görə, növbəti tədris ilində abituriyentlər 5 fəndən imtahan verəcəklər. Test suallarının sayı 120 olaraq qalacaq. 4 əsas fənn 25 sualdan, əlavə olunmuş 5-ci fənn isə 20 sualdan ibarət olacaq.

Növbəti tədris ili üçün test imtahanlardakı əsas dəyişikliklərdən biri də ondan ibarətdir ki, rus bölməsinin abituriyentləri "Azərbaycan dili" fənni üzrə əlavə imtahan verəcəklər.

TQDK sədri onu da bildirib ki, abituriyentlərin müsabiqədə iştirakı üçün yeni əlavə olunmuş fənlərə 2007-ci ilin qəbul imtahanlarında bal məhdudiyyəti qoyulmaycaaq.

Xəbər lenti

Xəbər lenti