...

ABŞ-ın Azərbaycandakı səfirliyi vizanın alınması qaydalarını sadələşdirir

Siyasət Materials 17 Oktyabr 2006 15:33 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirliyi viza üçün müraciətlərin asanlaşdırılması və vaxt müddətinin azaldılması məqsədi ilə viza müraciəti qaydalarında dəyişikliklər edib. Bu barədə Trend ə ABŞ-ın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Yeni qaydalara əsasən, noyabr ayından bütün qeyri-immiqrasiya vizaları almaq istəyənlər anket formalarını http://evisaforms.state.gov veb-saytında Elektron Iiza Müraciət Forması (EIMF) və ya ABŞ səfirliyinin baku.usembassy.gov veb-saytındakı elektron səhifədən istifadə edərək, internet səhifəsində doldurmalıdır. Ərizə forması ingilis dilində doldurulmalıdır. Noyabrın 1-dən ABŞ-ın dünyadakı bütün səfirlik və konsulluqları məhz bu üsuldan istifadə edəcək.

Noyabrın 6-dan etibarən səfirlik viza üçün müraciət edənlərin görüş vaxtını artıracaq. Qeyri-immiqrasiya vizası almaq istəyənlər əvvəlcədən yazılmaqla, bazar ertəsindən cümə axşamınadək saat 9.00-dan - 12.00-dək anketləri təqdim edə bilər. Bütün müraciət edənlər elə həmin gün müsahibədən keçəcək və növbəti gün pasport və vizalarını Konsulluq şöbəsindən ala biləcəklər.

Xəbər lenti

Xəbər lenti