...

Nazir müavini: Yaxın günlərdə Azərbaycan və Gürcüstanın sərhədlərin delimitasiya və demarkasiyası üzrə hökümətlərarası komissiya başçılarının görüşü keçiriləcək

Siyasət Materials 27 Oktyabr 2006 14:16 (UTC +04:00)
Nazir müavini: Yaxın günlərdə Azərbaycan və Gürcüstanın sərhədlərin delimitasiya və demarkasiyası üzrə hökümətlərarası komissiya başçılarının görüşü keçiriləcək

Yaxın günlərdə Azərbaycan və Gürcüstanın sərhədlərin delimitasiya və demarkasiyası üzrə hökümətlərarası komissiya başçılarının görüşü keçiriləcək. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Trend ə eksklüziv olaraq məlumat verib.

Xatırladaq ki, görüş Bakıda keçirilməlidir. Bir neçə gün bundan əvvəl Azərbaycan və Gürcüstan sərhəddinin razılaşdırılmamış ərazilərində işçi qrupların görüşü keçirilib. Ekspertlər sərhəddin bəzi əraziləri üzrə araşdırmalar aparıb.

X.Xələfov həmçinin əlavə edib ki, oktyabrın 15-də Ukraynanın təşəbbüsü ilə MDB Xarici işlər nazirləri şurasının görüşündə təşkilata daxil olan ölkələrin sərhədlərinin delimitasiyası üzrə məsələ müzakirə olunub. Azərbaycan bu təşəbbüsü dəstəkləyib, çünki o hesab edir ki, keçmiş SSRİ ölkələrinin sərhədlərinin delimitasiyası mümkün qədər tez başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti