...

MDB Dövlət Başçıları Şurasının iclası təxmini olaraq noyabrın 28-də keçiriləcək

Siyasət Materials 27 Oktyabr 2006 19:13 (UTC +04:00)

MDB Dövlət Başçıları Şurasının iclası təxmini olaraq noyabrın 28-də Minskdə keçiriləcək. Bu barədə Trend ə eksklüziv olaraq MDB İcraiyyə Komitəsinin sədri S. Ordabayev bildirib.

Onun sözlərinə görə, bu tarix MDB Dövlət Başçıları Şurasının sədri tərəfindən təklif olunub və sədrliyi qəbul edən tərəf - Belarus Respublikası tərəfindən qəbul olunub.

Dövlət başçılarının iclasının gündəlik layihəsi MDB-yə üzv olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının və Hökumət Başçıları Şurasının növbəti iclaslarında hazırlanacaq. Hələlik İcraiyyə Komitəsində bu iclasların tarixi barədə rəsmi məlumat yoxdur, - deyə S. Ordabayev bildirib.

Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 17-nə nəzərdə tutulmuşdu, amma sonradan təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti