Bakı Dövlət Universiteti Azərbaycanın beynəlxalq münasibətlərinin inkişafı sahəsində bütün təşəbbüsləri dəstəkləyəcək. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə BDU-nun prorektoru, professor Nərgiz Paşayeva bəyan edib.
Onun sözlərinə görə, universitet dünyanı Azərbaycan reallıqları ilə tanış etmək, bütün dünyada Azərbaycanın maraqlarını dəstəkləyən şəxsiyyətləri ölkə cəmiyyətinə təqdim etmək üçün tədbirlər planı hazırlayıb.